Gizli təhlükə: Qarın bölgəsində toplanan yağlar

Gizli təhlükə: Qarın bölgəsində toplanan yağlar
02 Sen 2025 10:55
Mütəxəssislər xəbərdarlıq edir: qarın bölgəsində, xüsusilə də bel çevrəsində yığılan yağlar yalnız estetik bir məsələ deyil, ürək və digər həyati orqanlar üçün ciddi təhlükədir.
Araşdırmalara görə, qarın içində orqanların ətrafında toplanan visseral yağ, hormon balansını pozur, qan şəkərini idarəsiz hala gətirir və metabolik sindroma səbəb olur. Bu yağ tipi, damarlarda sərtləşməni sürətləndirir, ürək krizi və iflic riskini artırır.

Risk necə artır?

Bel çevrəsində hər 5 sm artım, ürək krizi riskini %10, iflic riskini isə %8 yüksəldir.

Hətta çəkisi normal görünən insanlarda belə, qarın bölgəsi qalınlaşdıqca təhlükə böyüyür.

Bu səbəbdən mütəxəssislər bel ölçüsünü, bədən kütlə indeksindən daha etibarlı göstərici hesab edir.


Necə ölçmək olar?

Bel çevrəsi: Göbək səviyyəsindən mezura ilə ölçülür.
Bel–qalça nisbəti: Kişilərdə 0.90, qadınlarda 0.85-dən yuxarı olan nəticə yüksək risk deməkdir.
Yağ faizi: Xüsusi cihazlarla ölçülə bilər, kişilərdə %25, qadınlarda %32 üzəri riskli hesab olunur.

Sağlığa təsirləri
Ürək və damarlar: Hipertoniya və infarkt riskini artırır.
Qaraciyər: Yağlanmaya, hətta siroza səbəb ola bilər.
Pankreas: İnsulin istehsalını pozaraq şəkərli diabet riskini yüksəldir.

Sabah:

Sağlam qidalanmanın qarın yağını necə azaltdığı,

50 yaşdan yuxarı insanlar üçün düzgün pəhriz modeli,

Mətbəxdə sadə 3 dəyişikliklə qarın yağını azaltma yolları.



Sizin reklam burada
Sizin reklam burada