Hüseyn Xan Naxçıvanski Rusiya hərbi xidmətində yüksəkliklər qazanmış yeganə azərbaycanlı idi. General Birinci Dünya Müharibəsi illərində şöhrət qazanmış, Rusiya İmperiyasının ən yüksək ordenlərinin cəngavərindən biri olub.
Tam süvari generalı Hüseyn xan Kalbalı xan oğlu Naxçıvanski Rusiya imperiyasının ali hərbi ordenləri ilə yanaşı, Rumıniyanın, Bolqarıstanın, İranın, Avstriyanın, Macarıstanın və Çernoqoriyanın da yüksək dərəcəli orden və medalları ilə təltif olunmuşdur. Hüseyn xan Naxçıvanski oğuz türklərinə məxsus qədim Kəngərli nəslindən idi və bu nəslin bir prinsipi olub. Mütləq sədaqət və cəsarət.
Təsəvvür edin, Rusiya imperiyasının ordusunu- pravoslav olmayan xalqları kafir adlandırırdılar. Uzun müddət əcnəbilərin nizami hərbi hissələrdə xidmət etməsinə icazə verilmirdi. Bu, ilk növbədə Qafqaz müsəlmanlarına aid idi. Onlara, məsələn, hərbi əməliyyatlar zamanı yerli olaraq yaradılmış nizamsız birləşmələrin üzvü olmağa icazə verildi. Belə bir sistemdə ən yüksək general-adyutant rütbəsinə ucalmağın çətinliklərini bilmək lazımdır.
Düşməni dəhşətə gətirərək ən fəal hərbi əməliyyatlarda iştirak edən Xan Naxçıvanski yeganə general idi ki, qafqazlılardan ibarət süvari polkları ancaq Hüseyn xana tabe olmağı sevirdilər.
Ömrünün axırınadək içdiyi hərbi anda sadiq qalıb. Fevral inqilabını Hüseyn xan qəbul etməyib. Təkcə general qraf Kellerlə o, verdikləri sözün üstündə durublar. Sonralar oktyabr çevrilişindən sonra da o, öz andına sadiq qaldı.
Fevral inqilabı baş verəndə general-adyutant Naxçıvanski öz korpusu ilə birlikdə Rivnedə idi. 1917-ci il aprelin 16-da Müvəqqəti hökumət tərəfindən Ali Baş Komandan təyin edilən A. A. Brusilov 461 saylı sərəncamla monarxist əhval-ruhiyyədə şübhəli bilinən 47 yüksək rütbəli hərbi rəhbəri tutduqları vəzifələrdən uzaqlaşdırdı. Onların arasında qvardiya süvari korpusunun komandiri, general Hüseyn xan Naxçıvanski də var idi.
Təcrübəli sərkərdə tarixi vətəninə getmək və ya mühacirət etmək qərarına gəlməklə əvvəlcədən bəlli olan taleyindən qaçmaq üçün hər cür imkana malik idi. Hüseyn xan əhdinə sadiq qalaraq tərəddüd etmədən imtina etdi.
1918-ci il mayın 18-də Petroqrad Çekasının əmri ilə həbs edilib. Avqustun 30-da M. S. Uritskinin öldürülməsindən və elə həmin gün Leninin yaralanmasından sonra bolşeviklər “qırmızı terror” elan etdilər və ibtidai istintaq altında həbsxanada oturanların hamısı girov elan etdilər.
Hüseyn xanın adı 1918-ci il sentyabrın 6-da “Krasnaya qazeta”da dərc olunan girovlar siyahısında idi. Qəzet yazırdı ki, siyahıya daxil olan girovların sağ sosialist inqilabçıları və ağqvardiyaçılar tərəfindən daha bir sovet işçisi öldürüləcəyi təqdirdə güllələnəcək.
Şpalernaya küçəsindəki təcridxanada saxlanılıb.
Onunla birlikdə həbsxanada böyük hersoq Pavel Aleksandroviç, Nikolay Mixayloviç, Georgi Mixayloviç və Dmitri Konstantinoviç var idi. Bir vaxtlar Hüseyn xanın komandanlığı altında xidmət etmiş və sonralar Çeka zindanlarından qaçmağa müvəffəq olmuş və xatirələrində Hüseyn xan Naxçıvanski ilə həbsxananın həyətində gəzinti zamanı görüşdüyünü qeyd edən böyük hersoq Qabriel Konstantinoviç də var idi.
General digər çar ailəsinin üzvləri ilə birlikdə 1919-cu il yanvarın 29-da Petropavl qalasında güllələndilər.
Buna baxmayaraq 1919-cu il yanvar ayının 29-da güllələnməsi haqqında sənədlər olsa da, bu sənədlərdə Hüseyn xan Naxçıvanski ilə bağlı heç bir məlumat verilmir.
Zaur Əliyev, tarixçi alimZaur Əliyev, tarixçi alim