"Bir nəfər vaxtilə şuranın üzvü olub..." Mədət Quliyevdən AÇIQLAMA

"Bir nəfər vaxtilə şuranın üzvü olub..." Mədət Quliyevdən AÇIQLAMA
10:48

Haqqında 4 aylıq ev dustaqlığı qəti imkan tədbiri seçilən Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyev Azərbaycan Təhlükəsizlik Şurasının üzvlüyündən çıxarılacaq.

News365.az xəbər verir ki, bu barədə Manset.az-a açıqlamasında Azərbaycan Təhlükəsizlik Şurası katibinin müavini general-polkovnik Mədət Quliyev bildirib.

“Hər şey qanun çərçivəsində öz həllini tapacaq. Bir nəfər vaxtilə Şuranın üzvü olub, o da təbii ki, qanunla çıxarılacaq. Bizim ölkəmiz hazırda dünya miqyasında cənab Prezidentin sayəsində ən önəmli yerini tutub. Azərbaycan hüquqi və dünyəvi dövlətdir. Hər bir şəxsə qanunun gücü tətbiq olunub və olunacaq. Buna hər kəs əmin ola bilər. O, bir sıra təşkilatların, YAP-ın da üzvüdür. Zamanla və qanunun aliliyi çərçivəsində hər şey həllini tapacaq”, - deyə M.Quliyev əlavə edib.

Qeyd edək ki, bir neçə gün öncə YAP Veteranlar Şurasının sədri Arif Rəhimzadə Ramiz Mehdiyevin Yeni Azərbaycan Partiyasından da çıxarılacağını açıqlayıb.


Sizin reklam burada
Sizin reklam burada