ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Volodimir Zelenskini çox yaxşı münasibət qurduğu güclü insan hesab etdiyini deyib.
News365.az xəbər verir ki, Tramp bu haqda Ağ Evdə Zelenski ilə görüşü zamanı danışıb.
"O, çox güclü liderdir, çox şeydən keçmiş insandır. Biz bir-birimizi yaxşı tanımışıq və həqiqətən də yaxşı münasibətimiz var", - Tramp deyib.
Bundan başqa Rusiya prezidenti Vladimir Putinlə gözlənilən görüşü barədə danışan Tramp danışıqların Macarıstanda keçiriləcəyini açıqlayıb.