Rusiyada zavodda partlayış nəticəsində 8 nəfər xəsarət alıb

Rusiyada zavodda partlayış nəticəsində 8 nəfər xəsarət alıb
17 Okt 2025 22:45

Rusiyanın Sterlitamak şəhərində yerləşən “Avanqard” zavodunda baş verən partlayış nəticəsində 8 nəfər xəsarət alıb. 

News365.az xəbər verir ki, bu barədə Başqırdıstanın qubernatoru Radiy Xabirov öz “Telegram” kanalında məlumat verib.

O, yaralılardan üçünün dağıntılar altından çıxarılaraq xəstəxanaya aparıldığını yazıb. 

Onlardan birinin vəziyyəti ağırdır və o reanimasiyadadır, digər ikisinin vəziyyəti isə orta ağırdır və həyati təhlükəsi yoxdur.


Sizin reklam burada
Sizin reklam burada