Şanlıurfada aparılan genişmiqyaslı reyd zamanı restoranlara və kütləvi yemək tədbirlərinə göndərilmək üçün hazırlanmış təxminən 1 ton xarab ət ələ keçirilib.
News365.az xəbər verir ki, bozulmuş məhsulların saxlandığı anbarlar möhürlənib, obyekt sahibləri barədə qanuni tədbirlər görülüb.
Haliliyə Rayon Kənd Təsərrüfatı və Meşə İdarəsinin Qida Nəzarət Şöbəsi ilə Bələdiyyə Zabıta İdarəsinin əməkdaşları, polis müşayiətilə Şanlıurfa Ticarət Mərkəzi (ŞUTİM) Pərakəndəçilər Kompleksində yerləşən ət anbarlarında yoxlamalar aparıblar.
Yoxlamalar zamanı gigiyena tələblərinə uyğun olmayan şəraitdə hazırlanmış və saxlanılan trit, kəllə-paça və quşbaşı ətləri aşkarlanıb. Qidalar paslı qablar içində, qoxumuş və insan sağlamlığı üçün təhlükəli vəziyyətdə saxlanılıb.
Mütəxəssislərin ilkin qiymətləndirməsinə əsasən, təxminən 1 ton ət məhsulunun istehlak üçün yararsız olduğu müəyyən edilib. Ət məhsulları imha edilib, anbarlar möhürlənərək fəaliyyətləri dayandırılıb.
Hadisə ilə bağlı obyekt sahibləri barəsində inzibati və cinayət işi başlanılıb.
News365.az