Fatih Ürək reanimasiyada - vəziyyəti hələ də kritikdir

Fatih Ürək reanimasiyada - vəziyyəti hələ də kritikdir
17:22

Türkiyəli tanınmış müğənni Fatih Ürək evində keçirdiyi ürək tutmasından sonra entübe edilərək xəstəxanaya yerləşdirilib. 59 yaşlı sənətçinin səhhəti stabilləşsə də, vəziyyəti hələ də ciddiliyini qoruyur.

News365.az xəbər verir ki, hadisə çərşənbə axşamı səhəri baş verib. Ürəyin həkimi, professor Mehmet Vefik Yazıcıoğlu açıqlamasında bildirib ki, müğənni evində huşunu itirib və təcili yardım gələndə onun ürəyi dayanıb:

“Kalp masajı 20 dəqiqə davam edib. Xəstəxanaya gətiriləndə entübe vəziyyətdə idi. Dərhal tıxanmış damarını açdıq. İki il əvvəl stent əməliyyatı keçirmişdi, görünür, qan durulducu dərmanını qəbul etməyib. Ürəyi ilə bağlı problem yoxdur, amma beynin oksigensiz qalması ehtimalını araşdırırıq. Hazırda onu yatızdırırıq.”

Professor Yazıcıoğlu, fəlc riski ilə bağlı suala da cavab verərək, bu vəziyyətin pasiyentin ürəyinin dayanma müddətindən asılı olduğunu bildirib:

“Ümid edirik ki, beyin zədələnməsi baş verməyib. Ürək və ritm baxımından həyati təhlükə yoxdur. Beynin funksiyalarının bərpasını gözləyirik.”

Fatih Ürəyin meneceri Mert Siliv isə rəsmi açıqlamasında sənətçinin durumunun stabil, lakin ciddi olduğunu qeyd edib:

“Fatih Ürəyin reanimasiyadakı müalicəsi titizliklə davam etdirilir. Hər hansı dəyişiklik olacağı təqdirdə, rəsmi məlumat yalnız xəstəxanamız tərəfindən veriləcək. Bu müddətdə yayılan əsassız xəbərlərə inanmayın və dualarınızı əsirgəməyin.”

News365.az


Sizin reklam burada
Sizin reklam burada