Müğənni Elnarə Abdullayeva şəxsi həyat tərzi və xərcləri barədə açıqlama verib.
O bildirib ki, qazandığı pulu səmərəli istifadə etməyə çalışır və dəbdəbəli əşyalara meyilli deyil:
“Mən qələt eliyərəm 3 minlik, 5 minlik sumka götürərəm. Mən qudurmuşam bəyəm? O pulu mən yerdən qazanmamışam, zülümlə qazanmışam. Zülümlə qazandığım pulu səmərəli istifadə etməliyəm. Bəlkə sabah mənim səsim batacaq. İnsan əlinə 5 manat gələndə qudurmaz. İmkanın çatırsa, bir xeyirxah iş gör.”
Sənətçi bildirib ki, həyatda ən vacib olan məsələ israfçılıqdan uzaq durmaq və başqalarına yardım etməkdir.