Pakistanda 5,5 bal gücündə zəlzələ

Pakistanda 5,5 bal gücündə zəlzələ
17 Okt 2025 17:50

Pakistanın şimalında 5,5 maqnitudalı zəlzələ baş verib. 

News365.az-ın məlumatına görə, bu barədə ABŞ-nin Geoloji Xidməti (USGS) məlumat yayıb.

Zəlzələ Əfqanıstanın Xandud yaşayış məntəqəsindən 43,6 kilometr cənub-şərqdə qeydə alınıb. Yeraltı təkanların ocağı 10 kilometr dərinlikdə yerləşib. 

Xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb.


Sizin reklam burada
Sizin reklam burada