Pakistan müdafiə naziri: “Əfqanlar artıq ölkəmizdə qala bilməz”

Pakistan müdafiə naziri: “Əfqanlar artıq ölkəmizdə qala bilməz”
17 Okt 2025 21:45

Əfqanlar artıq ölkəmizdə qala bilməz.

News365.az xəbər verir ki, bu sözləri Pakistanın müdafiə naziri Xavaca Asif bildirib. 

O qeyd edib ki, İslamabad bundan sonra Kabil ilə əvvəlki münasibətləri davam etdirə bilməz. 

Onun sözlərinə görə, Pakistanda yaşayan bütün əfqanlar artıq öz vətənlərinə qayıtmalıdırlar, çünki “Kabildə onların hökuməti və xilafəti var, İslam inqilabından isə beş il keçib”. 

Nazir vurğulayıb ki, Pakistanın torpaqları və resursları 250 milyon pakistanlıya məxsusdur və “beş onilliklik məcburi qonaqpərvərliyə son qoymağın vaxtıdır”.




Sizin reklam burada
Sizin reklam burada