Gəncədə süpürgəçini maşın vurdu

Gəncədə süpürgəçini maşın vurdu
30 Mar 2025 09:25

Gəncədə piyadanın vurulması ilə  nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə şəhərin Müseyib Bağırov küçəsində qeydə alınıb.

Hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən 1962-ci il təvəllüdlü F.Qarayevi vurub.Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

Qeyd edək ki, F.Qarayev ərazidə yolu süpürərkən avtomobil onu vurub.

Onun Gəncə şəhər Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin işçisi olduğu bildirilir.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada