Demi Mur "Oskar" uğursuzluğunu "həzm edə" bilmir

Demi Mur "Oskar" uğursuzluğunu "həzm edə" bilmir
12:17

Hollivud aktrisası Demi Mur “Oskar” mükafatlandırma mərasimindəki uğursuzluğunun öhdəsindən gəlməkdə çətinlik çəkir. Bu barədə “Page Six” məlumat yayıb.


Ulduz aktrisa ilə yaxından tanış olan bir şəxs Demi Murun Ən Yaxşı Aktrisa kateqoriyasında Qızıl Qlobusu qazandıqdan sonra "Oskar" alacağına ümid etdiyini söyləyib. Mənbənin sözlərinə görə, sənətçi qaliblər siyahısında adını eşitməyəndə xeyli məyus olub. Eyni zamanda, aktrisa mükafata namizəd olan Mikey Madison və digər həmkarlarından məmnun qalıb.


Nəşrin mənbəsi onu da qeyd edib ki, “Oskar” mükafatlandırma mərasimində bir çox aktyorlar Demi Mura yaxınlaşıblar. Onlar sənətçiyə dəstəklərini ifadə ediblər.



Tural


Sizin reklam burada
Sizin reklam burada