Xəbər
verdiyimiz kimi ötən gün Respublika Prezidenti İlham Əliyev Dövlət Turizm
Ağentliyinin sədri Fuad Nağıyevə şiddətli töhmət verib. Nəzərə alaq Prezident İlham
Əliyev Dövlət Turizm Agentliyinin rəhbəri Fuad Nağıyevə şiddətli töhmət verib. Dövlət
Turizm Agentliyinin rəhbəri Fuad Nağıyevə şiddətli töhmət verilməsi onun rəhbərlik
etdiyi qurumdan xidməti yazışmaların sızdırılması ilə bağlıdır.
Əldə
etdiyi məlumata görə, Turizm Agentliyi Azərbaycana qarşı daim düşmənçilik
mövqeyi bəsləyən "Transparency İnternational" təşkilatında işləmiş və
ya bu təşkilatla əməkdaşlıq edən şəxslərin yuvasına çevrilib.
Onu
qeyd etmək yerinə düşər ki, Fuad Nağıyevin qaynanası Rəna Səfərəliyeva uzun illər
"Transparency İnternational" təşkilatı ilə əməkdaşlıq edib. O, bu
qurumun Azərbaycandakı nümayəndəsi olub. Vaxtilə bu təşkilatda onun
yetişdirdiyi bəzi şəxslər indi Dövlət Turizm Agentliyində işləyirlər. Onların
bu agentlikdə söz sahibinə çevrilməsi barədə deyilənlərə heç də təəccüb etmək
lazım deyil.
Rəna
Səfərəliyevanın anası Zemfira Verdiyeva uzun illər Dillər Universitetinin
rektoru olub. Zemfira Verdiyevanın adı ilə xeyli sayda qalmaqallar bu təhsil müəssisəsinin
nüfuzuna əsaslı zərbə vurub.
Dövlət
Turizm Agentliyində Fuad Nağıyevin ətrafı davamlı şəkildə xidməti məlumatları
müxtəlif təşkilatlara, şəxslərə sızdırıblar. Hətta dövlət orqanları arasında
daxili yazışmaları belə xarici ölkələrin Azərbaycandakı səfirliklərinə ötürüblər.
Təbii ki, bütün bunlar da dövləti cinayətdir.
Lent.az
öyrənib ki, məsələ ilə bağlı cinayət işi açılması gözlənilir. Məlumata görə,
Fuad Nağıyev başda olmaqla qurumda işləyən bir sıra şəxslərin istintaqa cəlb
ediləcəyi istisna olunmur.
Məsələ
ilə bağlı danışan sabiq millət vəkili Etibar Əliyev də faktı təsdiqləyib:
“Dövlət
Turizm Agentliyində Fuad Nağıyevin ətrafı davamlı şəkildə xidməti məlumatları müxtəlif
təşkilatlara, şəxslərə sızdırıblar. Hətta dövlət orqanları arasında daxili yazışmaları
belə xarici ölkələrin Azərbaycandakı səfirliklərinə ötürüblər. Təbii ki, bütün
bunlar da dövləti cinayətdir. Dövlətin əleyhinə işləyən məmurların sayı az
deyil. Mən də onların bəzilərinin adını çəkmişəm. Onların cəzalandırılması
vacib məsələlərdən biridir.
Fuad
Nağıyev ölkədə ən yaramaz məmurlardan biridir. Düşünürəm ki, cənab Prezident
ona qarşı humanist davranıb”.
News365.az