Estrada fakültəsinə rəhbər olaraq təyinatım verilib. Bu, Mədəniyyət və İncəsənət Universiteti deyil.
News365.az xəbər verir ki, bu sözləri müğənni Ayaz Qasımov "Qonaqcanlı" verilişində deyib.
Sənətçi yeni işindən danışıb:
"Hazırda bununla bağlı geniş açıqlama vermək istəmirəm. Çox yaxında biləcəksiniz. Qarabağda olacağam. Qarabağ çiçəklənir, gözəlləşir. Böyük məmnuniyyətlə bu təklifi qəbul etmişəm, ora gedəcəyəm və fəaliyyətimi bu istiqamətdə davam etdirəcəyəm".