“Zati-alilərinin adyutantı” filmindəki yeniyetmə rolu ilə məşhurlaşmış sovet aktyoru Aleksandr Milokostinin meyiti tapılıb. Bu barədə Rusiya mediası məlumat yayıb. Qeyd edilib ki, sənətçinin cəsədi paytaxtda bir neçə gün mənzildə qalıb.
"MK" nəşri yazıb ki, dünən polisə 68 yaşlı aktyorun yoxa çıxması ilə bağlı məlumat daxil olub: "Hüquq-mühafizə orqanları onun Sevastopolski prospektindəki mənzilinə daxil olaraq meyit aşkar ediblər. Məlum olub ki, cəsəd 10 günə yaxındır ki, mənzildə qalıb. Meyitin üzərində zorakılıq əlamətləri aşkar edilməyib".
Aleksandr Milokosti məktəb illərində “Zati-alilərinin adyutantı” filmində polkovnik Lvovun oğlu rolunu oynayıb. Həmin filmdə baş rolu məşhur aktyor Yuri Solomin ifa edib. Milokosti həmçinin "Başsız atlı" və "İki səs üçün melodiya" filmlərində də rol alıb.
90-cı illərdə isə sənətçi az qala sifarişli qətlin qurbanı olacaqmış. Cinayəti aktyotun arvadı sifariş edib. O, ərinin xəyanətindən xəbər tutubmuş. Qadın 5000 dollar müqabilində evli cütlüy sui-qəsd planına cəlb edib. Onlar isə məlum əmri evsiz bir adama “ötürüblər”. Nəticədə küçədə yaşayan həmin şəxs cinayət planının bütün iştirakçılarını polisə satıb. Bundan sonra Milokosti bir neçə dəfə evlənib. O, mənzillərin təmiri üçün nəzərdə tutulan şirkət yaradıb, hətta Rusiyanın Polşadakı Baş Konsulluğunda da işləyib. Aktyor bundan başqa, elmi-tədqiqat institutunda direktor müavini olub.
Tural