Fransada meşə yanğınları təxminən 98 min hektar ərazini əhatə edərək yeni tarixi antirekord müəyyənləşdirib.
News365.az xəbər verir ki, bu barədə "Sky News" Fransanın daxili işlər naziri Loran Nunyesin bəyanatına istinadən məlumat yayıb.
Onun sözlərinə görə, yanğınlar səbəbindən 197 min nəfər təxliyə edilib.
L.Nunyes qeyd edib ki, hazırda yanğın Bordo şəhərindən 30 km məsafədə yerləşir.
Nazirin fikrincə, alovla mübarizə uzun və ağır olacaq:
"Yanğının söndürülməsi üçün 18 hava gəmisi səfərbər edilib".