Ermənistanda ağır qəza olub, 8 nəfər ölüb

Ermənistanda ağır qəza olub, 8 nəfər ölüb
03 Noy 2026 23:00

Ermənistanın Araqatsotn vilayətində baş verən ağır yol- nəqliyyat hadisəsi nəticəsində 8 nəfər ölüb, 3 nəfər yaralanıb.

News365.az xəbər verir ki, hadisə İrəvan-Vanadzor avtomobil yolunun dolama hissəsində yük avtomobili ilə üç minik avtomobilinin toqquşması nəticəsində meydana gəlib.

Daxili İşlər Nazirliyi hələlik hadisənin təfərrüatlarını açıqlamayıb. Nazirlik yalnız qəzanın baş verdiyini və ölənlərin olduğunu təsdiqləyib.


Sizin reklam burada
Sizin reklam burada