Florida alovlar içində: Dəhşətli yanğın yaşayış binalarına doğru irəliləyir

Florida alovlar içində: Dəhşətli yanğın yaşayış binalarına doğru irəliləyir
11:54

ABŞ-ın Florida ştatının cənubunda genişmiqyaslı meşə yanğınları fəlakət həddinə çatıb və sürətlə yaşayış məntəqələrinə doğru yayılır.

News365.az xəbər verir ki, yerli medianın yaydığı son məlumatlara görə, alov artıq 20 min akrdan (təxminən 80 kvadrat kilometr) çox ərazini tamamilə külə çevirib.

Yanğının yaratdığı nəhəng tüstü dumanı və alovun işığı hadisə yerindən millərlə uzaq məsafədən aydın şəkildə müşahidə olunur. Yanğınsöndürmə briqadaları güclü külək və quru hava şəraiti səbəbindən nəzarətdən çıxan yanğınla mübarizədə çətinlik çəkirlər. Alovun yaşayış evlərinə çatmasının qarşısını almaq üçün bölgəyə çox sayda yanğınsöndürən texnika və xüsusi aviasiya cəlb olunub.

Təhlükə zonasında olan bəzi qəsəbələrdə artıq əhalinin təxliyəsi üçün hazırlıq işlərinə başlanılıb. Yerli hakimiyyət orqanları sakinləri maksimum ehtiyatlı olmağa və rəsmi xəbərdarlıqları izləməyə çağırıb.

Ekspertlər yanğının miqyasının yaxın saatlarda daha da böyüyə biləcəyindən narahatdırlar.

Aviasiya vasitəsilə alovun mərkəzinə su və xüsusi kimyəvi maddələr atılsa da, hələlik yanğını tam lokallaşdırmaq mümkün olmayıb. Ştat rəhbərliyi hadisəni "yüksək riskli fövqəladə vəziyyət" kimi qiymətləndirib və əlavə qüvvələrin səfərbər edilməsi barədə əmr verib. Hazırda bölgədə gərgin mübarizə davam edir.


Sizin reklam burada
Sizin reklam burada