Aytən Səfərova peşəsini dəyişdi? – Sosial mediada gündəm olan "180 minlik" paylaşım

Aytən Səfərova peşəsini dəyişdi? – Sosial mediada gündəm olan "180 minlik" paylaşım
10:38

Tanınmış aparıcı Aytən Səfərova bu dəfə televiziya fəaliyyəti ilə deyil, daşınmaz əmlak sektoruna yönəlik addımı ilə diqqət mərkəzinə düşüb.

News365.az xəbər verir ki, aparıcının sosial şəbəkə hesabında etdiyi ev satışı elanı izləyiciləri arasında böyük maraq doğurub.

Sözügedən paylaşımda Xətai rayonu, Ali Hərbi Məktəbin yaxınlığında yerləşən 3 otaqlı fərdi yaşayış evinin 180 min manata satışa çıxarıldığı qeyd olunub.

İzləyicilərin reaksiyası və "Makler" zarafatları: Aparıcının bu addımı qısa müddətdə sosial şəbəkə istifadəçilərinin müzakirə obyektinə çevrilib. Şərh bölməsində evin sahəsi və dəqiq koordinatları ilə maraqlananlarla yanaşı, məsələyə yumorla yanaşanlar da az olmayıb. Bəzi izləyicilər zarafatla Aytən Səfərovanın televiziyadan sonra maklerlik (əmlak dəllalı) fəaliyyətinə başladığını iddia ediblər.

Aparıcıdan cavab gecikmədi: Müzakirələrin böyüdüyünü görən Aytən Səfərova məsələyə aydınlıq gətirib. O bildirib ki, sözügedən əmlak özünə məxsus deyil və bu paylaşımı sadəcə yaxınlarına satış prosesində dəstək olmaq məqsədilə edib.



Sizin reklam burada
Sizin reklam burada