Fərman Salmanovun abidəsinə 100 min manat ayrılır

Fərman Salmanovun abidəsinə 100 min manat ayrılır
16:00
Şəmkir şəhərində Fərman Salmanovun abidəsinin ucaldılması işlərinə başlanılır.
News365.az Mədəniyyət Nazirliyinin tabeliyində “Əsaslı Tikinti və Təchizat” MMC bununla bağlı hazırlıq görür.

MMC tərəfindən abidənin ucaldılmasına 99 min 906 manatın ayrılması nəzərdə tutulub.

F. Salmanovun abidəsi Səməd Vurğun küçəsi, “Xəqani İbrahimov” adına parkın ərazisində yerləşəcək.

Qeyd edək ki, Fərman Salmanov Qərbi Sibirin Tümen vilayətinin nəhəng neft və qaz yataqlarını kəşf etmiş məşhur azərbaycanlı geoloq, Sosialist Əməyi Qəhrəmanıdır.


Sizin reklam burada
Sizin reklam burada