Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edilib

Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edilib
14:40

Gürcüstandan daha 59 qanunsuz miqrant deportasiya edilib.

News365.az xəbər verir ki, ölkədən çıxarılanlar arasında Azərbaycan vətəndaşları da var.

Deportasiya edilən şəxslər Azərbaycan, Livan, Türkmənistan, Pakistan, Yəmən, Belarus, Özbəkistan, Rusiya, Kamerun, Hindistan, İordaniya, Çin və Türkiyə vətəndaşlarıdır.

Bildirilib ki, deportasiya olunan əcnəbilərin Gürcüstana girişinə 2 ildən 5 ilədək qadağa qoyulur.

Bu məhdudiyyət ölkəni könüllü şəkildə tərk edən şəxslərə şamil edilmir.


Sizin reklam burada
Sizin reklam burada