Xalq artisti Zülfiyyə Xanbabayeva qızı Dənizlə münasibətindən danışıb.
News365.az xəbər verir ki, müğənni Araz FM-in qonağı olarkən ailəsi və qızı ilə bağlı fikirlərini bölüşüb.
Sənətçi bildirib ki, qızı Dəniz təhsil alır, gündəlik işlərini özü həll edir və yalnız ana nəvazişinə ehtiyac duyur.
Zülfiyyə Xanbabayeva qızının gələcək planlarına hörmətlə yanaşdığını, xaricdə təhsil almaq və ya yaşamaq istəsə, buna mane olmayacağını vurğulayıb:
"Qızım, yoldaşım, qardaşım uşaqları – heç biri onlar haqqında danışmağımı sevmir. Qoymurlar danışım, ürəyimi boşaldım. Ailəcanlıyam, böyük ailəm var. Qızım Dəniz təhsil alır, dərsə gedib-gəlir. Bütün işlərini də özü edir. Sağ olsun, başımı qatmır. Ancaq ana nəvazişinə ehtiyacı var.
Eqoist olmayım. Özüm ailəmə qarşı çıxıb istədiyimi etmişəmsə, qızıma da istədiyinə icazə verərəm. Xaricə getmək istəsə, getsin. Məsafə problem deyil. Məsafələr yaxınlaşıb, ürəyi istəyəndə mən, mən istəyəndə o mənim yanımda olar. Özümü yox, Dənizi düşünürəm. Bu yaşdan sonra qızım haqqında düşünmək vaxtımdır.
Qızım çox soyuqdur. Nə mənə, nə atasına oxşayıb. Çox istiqanlıyam, onun istiqanlılığı mənə az gəlir".