İki il it kimi saxladılar, DNT analizi hər şeyi üzə çıxardı – Evdən canavar çıxdı!

İki il it kimi saxladılar, DNT analizi hər şeyi üzə çıxardı – Evdən canavar çıxdı!
17:54

Ev heyvanı kimi bəslədikləri və sənədlərdə it kimi qeydiyyata saldırdıqları heyvanın əslində canavar olduğu məlum olub. İsveçrədə baş verən qeyri-adi hadisə hüquq-mühafizə və baytarlıq orqanlarının müdaxiləsi ilə nəticələnib.

News365.az xəbər verir ki, hadisə İsveçrənin Bern şəhərində qeydə alınıb.

“Nos” nəşrinin məlumatına görə, yerli sakinlər təxminən iki il ərzində canavarı ev heyvanı kimi saxlayıblar. Noyabrın əvvəlində baytarlıq xidmətinə heyvanın qanunsuz yollarla ölkəyə gətirilməsi barədə məlumat daxil olub.

Aparılan araşdırma zamanı mütəxəssislər heyvandan götürülən nümunələri genetik analizdən keçiriblər. Nəticədə onun adi it deyil, canavar olduğu təsdiqlənib. Yoxlama zamanı heyvanın iki il yarım yaşı olduğu, saxlanıldığı şəraitin isə müvafiq tələblərə cavab vermədiyi müəyyənləşdirilib.

Araşdırma zamanı daha bir maraqlı məqam üzə çıxıb. Belə ki, heyvan İsveçrəyə gətirilərkən sərhəd-keçid prosedurlarında adi itlər üçün nəzərdə tutulan Avropa baytarlıq pasportundan istifadə edilib. Hazırda gömrük orqanları canavarın ölkəyə hansı şəraitdə və haradan gətirildiyini araşdırır.

Canavar artıq sahiblərindən alınaraq müvəqqəti olaraq xüsusi mərkəzə yerləşdirilib. Onun bundan sonrakı taleyi ilə bağlı qərar verilməyib. Lakin heyvanın yenidən təbiətə buraxılması planlaşdırılmır.

Qeyd edək ki, qorunan növə aid canavarı qanunsuz idxal etdikləri üçün sahiblərini beş ilədək həbs cəzası gözləyə bilər.


Sizin reklam burada
Sizin reklam burada