İtirilmiş toxunma hissini bərpa edən bionik əl hazırlanıb

İtirilmiş toxunma hissini bərpa edən bionik əl hazırlanıb
19:00

İtirilmiş toxunma hissini bərpa edən bionik əl hazırlanıb.

News365.az xəbər verir ki, ABŞ-ın Yuta Universitetində aparılan klinik sınaqlar çərçivəsində insanın toxunma hissini qismən bərpa edə bilən yeni nəsil bionik əl sınaqdan keçirilir.

Qurğu insanın qolundakı sinirlərlə birbaşa əlaqələndirilir. Bunun sayəsində istifadəçi süni əli idarə etməklə yanaşı, əşyaya tətbiq etdiyi təzyiqi də hiss edə bilir.

Sınaq iştirakçılarından biri olan Avi Davidson bu texnologiya vasitəsilə üzüm, yumurta kimi zərif əşyaları tutmağı bacarıb. Texnologiya hələ klinik sınaq mərhələsindədir. 


Sizin reklam burada
Sizin reklam burada