Generalın qızını məhkəməyə verən vəzifəli şəxs işdən çıxarıldı

Generalın qızını məhkəməyə verən vəzifəli şəxs işdən çıxarıldı
10:20
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyində (ANAMA) kadr islahatı aparılıb.

News365.az xəbər verir ki, Agentliyin İdarə Heyəti sədrinin müavini, general-mayor Ceyhun Rzayev vəzifəsindən azad edilib. O, 2022-ci il 4 fevral tarixində bu vəzifəyə təyin edilmişdi.

Qeyd edək ki, Ceyhun Rzayev bir müddət əvvəl general-mayor Natiq Əliyevin qızı Türkər Əliyeva ilə məhkəmə mübahisəsi ilə bağlı da gündəmə gəlib. Belə ki, Natiq Əliyevin qızı Türkər Əliyevanın iştirakı ilə ona qarşı xeyli maddi ziyan iddiası üzrə istintaq aparılır.


Sizin reklam burada
Sizin reklam burada