Çində ekstremal istilik şəraitində fəaliyyət göstərə bilən robot-itlər üçün xüsusi qoruyucu kostyum hazırlanıb. Yeni texnologiya robotların 1000 dərəcə Selsiyə qədər temperaturda işləməsinə imkan verir.
News365.az xəbər verir ki, ixtiranın əsas məqsədi robotların yüksək temperaturun insan həyatı üçün təhlükə yaratdığı ərazilərdə fəaliyyət imkanlarını genişləndirməkdir.
Məlumata görə, xüsusi qoruyucu kostyumla təchiz edilən robot-itlərdən yanğınsöndürmə əməliyyatlarında, eləcə də hərbi sahədə istifadə olunması nəzərdə tutulur.
Yeni texnologiya ekstremal şəraitdə kəşfiyyat, müşahidə və təhlükəli ərazilərin yoxlanılması zamanı robotların imkanlarını artırmağa hesablanıb.