Kvant kompüteri adi kompüterlərin bacarmadığı hesablamanı 15 dəqiqəyə aparıb.
News365.az xəbər verir ki, IBM və Çikaqo Universitetinin alimləri kvant kompüterindən istifadə edərək adi kompüterlərin praktik olaraq yerinə yetirə bilmədiyi mürəkkəb hesablamanı cəmi 15 dəqiqəyə tamamlayıblar.
Təcrübə zamanı 70 məntiqi kubitdən istifadə olunub. Alimlər həmçinin xüsusi xəta aşkarlama üsulu ilə hesablamanın nəticələrinin etibarlılığını yoxlamağa nail olublar.
Bu nailiyyət gələcəkdə dərmanların hazırlanması, elmi araşdırmalar və mürəkkəb sənaye hesablamalarında kvant kompüterlərinin tətbiqini sürətləndirə bilər.