Jurnalist Azər Rəşidoğlu sosial şəbəkə hesabında deputatlarla bağlı yumoristik paylaşım edib.
News365.az xəbər verir ki, o, paylaşımında bir qrup deputatın dəvətnamə ilə “Leyli və Məcnun” operasına aparılmasını təsvir edən satirik dialoqa yer verib.
Yazıda deputatların bir qisminin zalın arxa sıralarında əyləşdiyi, Hacı Madərin isə əsərin məzmununu bildiklərini əsas gətirərək tədbiri yarımçıq tərk etməyi təklif etdiyi təsvir olunur.
Dialoq zamanı Mübariz Qurbanlı operanın sadəcə əsərin süjetindən ibarət olmadığını bildirərək zalda qalmağın vacibliyini vurğulayır. Hacı Madərin isə Məcnunun Leyliyə qovuşmayacağını eşidəndən sonra operaya baxmaq üçün iki saat gözləməyin mənasını sorğulaması yumoristik məqam kimi təqdim olunur.
Jurnalistin paylaşımı siyasi çevrələrdəki münasibətləri və mədəni tədbirlərə yanaşmanı satirik üslubda əks etdirir.
News365.az