Toylarımızın, nişan mərasimlərimizin bəzəyi olan "Evimizə gəlin gəlir" mahnısını çoxlarınız bilirsiniz. Həmin mahnının sözlərini Azərbaycanın ilk qadın Xalq şairi Mirvarid Dilbazi bacısı oğlu, politoloq Vəfa Quluzudənin toy günü üçün yazmışdır. Mahnının bəstəkarı isə bu gün doğum gününü qeyd etdiyimiz Azərbaycanın ilk qadın bəstəkarı Ağabacı Rzayevadır. Üzeyir Hacıbəyli məktəbini keçən bəstəkarımız Ağabacı Rzayeva belə bir möhtəşəm mahnıya musiqi bəstələsə də, özü heç vaxt ailə həyatı qurmamışdır...
Allah hər birinə rəhmət eləsin!