Bunu rusiyalı həkim Anastasiya Lebedeva bildirib.
O, çay göbələyinin ömrü uzatması ilə bağlı iddiaları şişirdilmiş hesab edib. Bununla belə, onun sözlərinə görə, bu içki həqiqətən faydalıdır.
Kombuça bağırsaq mikrobiomunun sağlamlığını qoruyan və immun sisteminin fəaliyyətinə kömək edən canlı bakteriya və maya kulturalarını ehtiva edir.
Bundan əlavə, kombuça hüceyrələri sərbəst radikalların yaratdığı zədələnmələrdən qoruyan polifenollar və üzvi turşularla zəngindir.
Bununla yanaşı, çay göbələyini əhəmiyyətli vitamin mənbəyi hesab etmək düzgün deyil. Ekspert bildirib ki, bu içki yalnız qida rasionunu tamamlaya bilər.
“Həzm problemlərinin qarşısını almaq üçün içkini normada qəbul etmək lazımdır”, – deyə A.Lebedeva fikrini yekunlaşdırıb.