Sosial yardımla bağlı yeni dəyişiklik: Ehtiyac meyarı artırılır

Sosial yardımla bağlı yeni dəyişiklik: Ehtiyac meyarı artırılır
14:10

2027-ci il üçün Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarı artırılır.

News365.az xəbər verir ki, bunu  Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib. 

 O bildirib ki, “2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə əsasən ölkə üzrə yaşayış minimumu 300 manatdan 314 manata qaldırılacaq:  “Eləcə də, yaşayış minimumu əmək qabiliyyətli əhali üçün 334 manat, pensiyaçılar üçün 258 manat, uşaqlar üçün 274 manat müəyyən ediləcək.  Gələn il üçün ehtiyac meyarının həddi də 300 manatdan 314 manata qaldırılacaq”.   

Millət vəkili qeyd edib ki, artıq 4 ildir ki, Azərbaycanda yaşayış minimumu və ehtiayc meyarı həddi bərabərləşdirilib. Bu da ünvanlı sosial yardım alan vətəndaşların rifahının yaxşılaşdırılması məqsədi güdür.


Sizin reklam burada
Sizin reklam burada