Ermənistanda tragikomik ekosid - FOTO

Ermənistanda tragikomik ekosid - FOTO
14 Apr 2025 14:30

Ermənistanda maraqlı və tragikomik hadisə baş verib. Yerli medianın yaydığı məlumata görə, aktivist Eduard Ayrumyan Facebook diqqət çəkən fotolar paylaşıb. O. yazıb: “Masis şəhərində ağacların kəsilməsinin yeni üsulu işlənib hazırlanıb. Nəhəng yaşıl ağacı kəsirlər, kötüyünə isə gül dibçəklərində dekorativ bitkilər qoyurlar”.


Qeyd edilib ki, Masis bələdiyyəsinin qarşısında bir vaxtlar ağaclarla əhatə olunmuş park olub. İndi bura sadəcə Google Maps-də yaşıl görünür. 

Qeyd edilib ki, ağacların bu cür kütləvi şəkildə kəsilməsi əsasən mütəxəssis çatışmazlığından, abadlıq sahəsində çalışan insanların savadsızlığından, aidiyyəti qurumların nəzarətsizliyindən və sakinlərin laqeydliyindən irəli gəlir.

“Biz Ermənistan Respublikasının Ətraf Mühitin Mühafizəsi və Mineral Ehtiyatlar Müfəttişliyindən araşdırma aparmasını xahiş edirik”, - 

Tural


Sizin reklam burada
Sizin reklam burada