Salyanda avtomobil piyadanı vuraraq öldürüb.
News365.az xəbər veirr ki, hadisə bu gün axşam saatlarında köhnə Ələt-Astara magistralının rayonun Alçalı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Rayonun Alçalı kənd sakini 70 yaşlı Nəcəfxan İsayev yolu keçmək istəyən zaman “Audi” markalı avtomobil onu vurub. İlkin məlumata görə, müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan piyada hadisə yerində ölüb.
Faktla bağlı araşdırma
aparılır.