Qardaşının şirkətinə maşınla buraxılmadı, bıçağa əl atdı

Qardaşının şirkətinə maşınla buraxılmadı, bıçağa əl atdı
14:47

Bakıda kişi bıçaqla mühafizəçiyə hücum edib.

Hadisə Binəqədi rayonu Biləcəri qəsəbəsi ərazisində yerləşən müəssisələrdən birində baş verib.

63 yaşlı Nəsir Allahyarov (şərti adla) idarə etdiyi “QAZ-3190” markalı avtomobillə qardaşına məxsus MMC-nin həyətinə daxil olmaq istəyib. Lakin bu zaman müəssisənin mühafizəçisi onu tanımadığı üçün maşınla həyətə buraxmayıb. Bu hərəkət Nəsiri özündən çıxarıb və o, avtomobildən bıçağı götürərək, “şirkət mənimdir” deyə mühafizəçini hədələyib.

Faktla bağlı N. Allahyarov polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində müvafiq protokol tərtib olunub.

O, ifadəsində əməlindən peşman olduğunu deyərək, barəsində yüngül cəza verilməsini istəyib.

Məhkəmə N. Allahyarovu 100 manat məbləğində inzibati qaydada cərimələyib.


Sizin reklam burada
Sizin reklam burada