Azərbaycanda mal əti BAHALAŞDI

Azərbaycanda mal əti BAHALAŞDI
22 Sen 2026 14:31

Azərbaycanda mal ətinin qiyməti yenidən bahalaşıb.

Hazırda satış məntəqələrində sümüklü ət alıcılara 19 manatdan təklif edilir.

Sümüksüz mal əti isə 21-22 manata satılır. Bu isə son bir ayda 1-2 manat artım deməkdir.

Satıcılar qiymət artımına səbəb kimi mövsüm dəyişikliyini göstərir.

Qeyd edək ki, mal ətinin qiymətində bahalaşma olsa da, qiymət artımı qoyun ətinə hələlik təsir etməyib.


Sizin reklam burada
Sizin reklam burada