Yerdə maqnit qasırğası gözlənilir: Tarix açıqlandı

Yerdə maqnit qasırğası gözlənilir: Tarix açıqlandı
14:55

Sentyabrın 24-də Günəş səthində əmələ gələn tac dəliyinin planetimizə təsiri nəticəsində maqnit qasırğasının baş verəcəyi proqnozlaşdırılır.

News365.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu və Günəş-Yer Fizikası İnstitutunun günəş astronomiyası laboratoriyasından məlumat verilib.

Məlumatda qeyd olunub: "Yaxın günlərin ən mühüm hadisələrindən biri, barəsində əlavə məlumat verəcəyimiz payız gecə-gündüz bərabərliyi ilə yanaşı, ehtimal ki, sentyabrın 24-də, yəni bu cümə axşamı gözlənilən payızın ikinci maqnit qasırğası olacaq".

Dəqiqləşdirilmiş məlumata görə, gözlənilən bu təbiət hadisəsi Günəşdə yaranan irihəcmli tac dəliyi ilə əlaqədar olacaq.


Sizin reklam burada
Sizin reklam burada