Ermənistanda Masis icmasının rəhbərinə hökm oxunub

Ermənistanda Masis icmasının rəhbərinə hökm oxunub
18:20

İrəvan məhkəməsi Masis icmasının rəhbəri Davud Ambartsumyanı 6 il 3 ay müddətinə azadlıqdan məhrum edib.

News365.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Məlumatda bildirilir ki, Davud Ambartsumyan 2018-ci ilin aprelində Erebuni rayonunda baş verən dinc etiraz aksiyalarına qarşı təşkil olunmuş dəstəsinin üzvü kimi etirazçıları metal armatur və dəyənəklərlə döyüb.

Qeyd edilib ki, hadisə zamanı o və dəstəsi vətəndaşların hüquqlarını kobud şəkildə pozub, ictimai asayişi pozub.


Sizin reklam burada
Sizin reklam burada