Ermənistan yeni Konstitusiya mətnini 2026-cı ildə hazır edəcək

Ermənistan yeni Konstitusiya mətnini 2026-cı ildə hazır edəcək
10 Apr 2025 15:02

Ermənistan Konstitusiyasının yeni mətni 2026-cı il seçkilərinə qədər hazır olmalıdır. 

News365.az xəbər verir ki, bunu Ermənistan ədliyyə nazirinin müavini Tiqran Dadunts hökumətin brifinqində deyib.

Onun sözlərinə görə, Konstitusiya İslahatı Şurası buraxılmayıb, o, hazırda fəaliyyət göstərir və mətn üzərində işdə Ədliyyə Nazirliyi onlarla əməkdaşlıq edir: "Konstitusiya hər bir dövlətin və dövlətçiliyin əsasını təşkil etdiyi üçün qanunauyğunluğu ictimaiyyət tərəfindən şübhə altına alınmayan Konstitusiyaya sahib olmalıyıq".

Nazir müavini qeyd edib ki, preambulada dəyişiklik edilməsi məsələsi müzakirə olunmur.


Sizin reklam burada
Sizin reklam burada