“Bir günə razılaşma əldə edə bilərəm” – Necla Trampdan iddialı açıqlama

“Bir günə razılaşma əldə edə bilərəm” – Necla Trampdan iddialı açıqlama
20 Apr 2026 12:28

ABŞ Prezidenti Donald Trump ilə bağlı sensasiyalı iddia yenidən gündəmə gəlib.

News365.az xəbər verir ki, özünü onun nikahdankənar qızı kimi təqdim edən Necla Tramp beynəlxalq diqqət çəkən açıqlama ilə çıxış edib. Xarici mediaya danışan qadın ABŞ, İsrail və İrana müraciət edərək bölgədəki gərginliyin aradan qaldırılmasında vasitəçi ola biləcəyini iddia edib.

O bildirib ki, Hörmüz boğazı ətrafında yaranmış mübahisənin həlli mümkündür və bunun uzun zaman tələb etməyəcəyini düşünür. Necla Tramp tərəflərin qəbul edə biləcəyi ortaq məqamı bildiyini vurğulayaraq danışıqlara qoşulmaq istədiyini açıqlayıb.

“Əgər prosesə daxil olsam, tərəflər arasında razılaşmanı təmin edə bilərəm. Cavab gözləyirəm”, – deyə o qeyd edib.

Onun sözlərinə görə, mövcud qarşıdurma yalnız regiona deyil, qlobal miqyasda təsir göstərir və buna görə də tezliklə sona çatdırılmalıdır.

News365.az 


Sizin reklam burada
Sizin reklam burada