“Ermənistanın atəşkəsi pozmasının səbəbi sülh müqaviləsindən qaçması və delimitasiya və demarkasiya prosesindən yayınmasıdır”
Hərbi ekspert Şair Ramaldanov bunu News365.az-a deyib.
"Atəşi pozmaq üçün səbəbkar amillərdən biri Azərbaycanla Ermənistanın müharibə şəraitində olmasıdır, Ermənistanın sülh müqaviləsindən qaçmasıdır. Delimitasiya demarkasiya prosesini demək olar ki, dondurub, sürətlə silahlanma gedir. Nə qədər ki, biz sülh müqaviləsinin bağlanması haqqında söhbətlər edirik, dərhal Ermənistan-Azərbaycan sərhəddində Ermənistan tərəfindən gərginliyə səbəb olan addımları görmüşük, görürük, bundan sonra da görəcəyik".- deyə ekspert bildirib.
News365.az