Hərbi xidmətdən yayınanlara yeni cəza

Hərbi xidmətdən yayınanlara yeni cəza
14:00

Milli Məclisin bugünkü plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı çıxış edən deputat Əminə Ağazadə hərbi xidmətlə bağlı bəzi inzibati xətalara görə inzibati həbsə alternativ olaraq cərimə tətbiq edilməsinin təklif olunduğunu bildirib.

News365.az xəbər verir ki, eputat diqqətə çatdırıb ki, təklif olunan dəyişikliklər hərbi xidmət əleyhinə olan inzibati xətalar üzrə icraatın təkmilləşdirilməsinə, Hərbi Prokurorluğun nəzarət səlahiyyətlərinin genişləndirilməsinə və cəza tədbirlərinin diferensiallaşdırılmasına xidmət edir.

Ə.Ağazadənin sözlərinə görə, hazırda müvafiq inzibati xətalar üzrə icraat başlanmadıqda bu barədə Hərbi Prokurora məlumat verildiyi halda, yeni dəyişikliklərə əsasən tərtib edilmiş protokolların və qəbul olunmuş qərarların surətləri də Hərbi Prokurora göndəriləcək. pizza sifarişi

 Hərbi Prokuror həmin qərarların qanuniliyini və əsaslılığını yoxlayaraq qanunsuz və əsassız qərarları ləğv edə və materialları yenidən baxılması üçün aidiyyəti orqanlara göndərə biləcək.

 Deputat vurğulayıb ki, bununla Hərbi Prokurorluğun nəzarəti yalnız inzibati icraatın başlanması barədə məlumat almaqla kifayətlənməyəcək, qəbul edilmiş qərarların hüquqi əsaslılığının yoxlanılmasını da tam əhatə edəcək.

Qanun layihəsində, həmçinin inzibati xətalar haqqında işlərə baxılma müddətinin hərbi xidmətin spesifik xüsusiyyətlərinə uyğunlaşdırılması nəzərdə tutulur. Deputat bildirib ki, hərbi qulluqçunun xidməti vəzifələrinin icrası və ya digər zəruri səbəblərdən dərhal məhkəməyə gəlməsi mümkün olmadıqda, inzibati həbs nəzərdə tutulan müvafiq işlərə 15 gün müddətində baxılması təklif edilir.

Məcəlləyə təklif olunan digər vacib dəyişiklik hərbi hissələrdə xidmət yerini üzrsüz səbəbdən tərk etmə və xidmət yerinə vaxtında gəlməmə ilə bağlı xətalara aiddir. Təklifə əsasən, bu əməllərə görə inzibati həbsə alternativ olaraq cərimə cəzası tətbiq oluna biləcək ki, bu da xətanın xarakteri və törədilmə halları nəzərə alınmaqla daha mütənasib qərar qəbul edilməsinə şərait yaradacaq. Əminə Ağazadə hesab edir ki, qanun layihəsi inzibati icraat üzərində hüquqi nəzarəti gücləndirməklə yanaşı, hərbi xidmətin xüsusiyyətlərini və inzibati məsuliyyətin fərdiləşdirilməsi zərurətini də nəzərə alır.

Qanun layihəsi parlamentdəki müzakirələrdən sonra səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.


Sizin reklam burada
Sizin reklam burada