Bakıda avtobus qəzası: Sərnişinlər xəsarət aldı - FOTO

Bakıda avtobus qəzası: Sərnişinlər xəsarət aldı - FOTO
15:36
Ötən gün Bakının Xətai rayonu, 8 Noyabr prospektində avtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

News365.az xəbər verir ki, hadisə şahidlərinin sözlərinə görə, avtobusun qarşısına piyada çıxıb. Sürücünün qəfil əyləc etməsi nəticəsində bir neçə sərnişin yıxılaraq xəsarət alıb.

TƏBİB-dən  bildirilib ki, dünən saat 11:00 radələrində sözügedən ünvandan Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.

Hadisə yerinə göndərilən təcili tibbi yardım briqadası üç qadına yerində tibbi yardım göstərib./// bakupost

Yasəmən, BakuPost
BakuPost


Sizin reklam burada
Sizin reklam burada