Şanxay küçələrində robot-polislər: İnsan sifəti ilə qorxu yaradır

Şanxay küçələrində robot-polislər: İnsan sifəti ilə qorxu yaradır
14:45

Çinin Şanxay şəhərində gecə saatlarında küçələri patrul edən insan görünüşlü robot-polislər diqqət çəkib. Yeni texnologiya şəhər sakinləri arasında maraqla yanaşı, müəyyən narahatlıq da yaradıb.

İnternetdə yayılan görüntülərdən sonra robotların real insana bənzəyən görünüşü və insanlarda qəribə hiss yaradan “qorxunc vadi” effekti geniş müzakirə olunmağa başlayıb.

Robot-polislər hələlik canlı əməkdaşları əvəz etmir. Onlar patrul xidmətində polis əməkdaşları ilə birlikdə fəaliyyət göstərirlər.

Xüsusi işıq siqnalları ilə təchiz edilmiş platformada hərəkət edən robotlar Çin və ingilis dillərində ünsiyyət qurmaq qabiliyyətinə malikdirlər.

Yeni texnologiyanın şəhərin ictimai təhlükəsizliyində hansı rolu oynayacağı və gələcəkdə polis xidmətində nə dərəcədə geniş tətbiq ediləcəyi isə maraq doğurur.

News365.az


Sizin reklam burada
Sizin reklam burada