Paşinyan Brüsseldədir

Paşinyan Brüsseldədir
16:00

Ermənistanın Baş naziri Nikol Paşinyan Brüsseldə Xorvatiyanın Baş naziri Andrey Plenkoviçlə bir araya gəlib. Görüşdə ikitərəfli əlaqələrin və Ermənistan-Avropa İttifaqı münasibətlərinin inkişafı müzakirə olunub.

News365.az “Armenpress”ə istinadən xəbər verir ki, görüş Paşinyanın Brüsselə işgüzar səfəri çərçivəsində keçirilib.

Tərəflər Ermənistanla Xorvatiya arasında ticarət-iqtisadi əməkdaşlığın genişləndirilməsi, eləcə də Ermənistanda demokratik islahatların gedişi barədə fikir mübadiləsi aparıblar.

Görüşdə iki ölkə arasında strateji dialoq haqqında Bəyannamənin əhəmiyyəti də vurğulanıb.

News365.az 


Sizin reklam burada
Sizin reklam burada