Bəxtiyar Dali tək deyilmiş - Həmin qızın vəkili danışdı

Bəxtiyar Dali tək deyilmiş - Həmin qızın vəkili danışdı
03 Noy 2026 21:20

Xəbər yayıldıqdan sonra hadisə və xüsusən zərərçəkmiş qadınla bağlı müxtəlif iddialar səsləndirilib.

Adının açıqlanmasını istəməyən zərərçəkmiş vəkili Vüqar Əliyev vasitəsilə saytımıza açıqlama göndərib.

Vəkilin sözlərinə görə, Bəxtiyar Dalidən əlavə, daha 2 nəfər də cinayətdə iştirak edib:

“Bəxtiyar da daxil olmaqla 3 nəfər bağ evində qadını zorlamaq istəyib. Qız onların əlindən qaçdıqdan sonra polisə şikayət edib. İstintaq başlayandan sonra Bəxtiyar Dali həbs edilib, ikinci şəxs ölkədən qaçdığı üçün axtarışa verilib, digər şəxslə bağlı isə araşdırma davam edir.

News365.az xəbər verir ki,  xəbər yayıldıqdan sonra bəziləri hadisənin restoranda baş verdiyini, guya qızın müğənni olduğunu iddia edir.

Bu, əsassız söhbətdir. Müvəkkilim olan həmin qadın müğənni deyil, hadisə də restoranda baş verməyib”.

Vüqar Əliyev hadisə ilə bağlı əlavə məlumat yayılarkən həssas davranmağa, xüsusən zərərçəkmiş şəxsin şəxsiyyəti və fəaliyyəti barədə iddialar irəli sürməkdən çəkinməyə çağırıb.

Vəkil qeyd edib ki, hazırda ibtidai istintaq davam edir, prokurorluq işi hərtərəfli araşdırır.

***

13:55

Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib.

News365.az xəbər verir ki, o, özünə məxsus bağda bir nəfər qızı zorlamağa cəhd etməkdə ittiham olunur.

Prokurorluq tərəfindən aparılan istintaqla Bəxtiyar Daliyə qarşı Cinayət Məcəlləsinin 29.149-cu (zorlamağa cəhd etmə) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.

Məşhur sima hazırda Şüvəlandakı istintaq təcridxanasında saxlanılır.

Qeyd edək ki, 66 yaşlı Bəxtiyar Dali uzun illər Rusiyada yaşayıb. Özünün dediyinə görə, hərbi mühəndis olub.(Qafqazinfo.az)


Sizin reklam burada
Sizin reklam burada