Ərdoğan-Tramp görüşü Ağ Evdə olacaq?

Ərdoğan-Tramp görüşü Ağ Evdə olacaq?
14 Apr 2025 11:55

Türkiyə və ABŞ prezidentlər Rəcəb Tayyib Ərdoğan ilə Donald Tramp arasında təkbətək danışıqların təşkili imkanını nəzərdən keçirir. Bu barədə “Hürriyet” qəzeti məlumat yayıb. Nəşr mənbələrinə istinad edib.


Nəşrin məlumatına görə, bu mühüm görüş Ağ Evdə baş tuta bilər.


"Belə deyirdilər ki, görüş aprelin sonu, ya da may ayının axırlarında baş tuta bilər. İndi iyun ayından da söz açılır", - məqalədə vurğulanır.

Jurnalistlər onu da əlavə ediblər ki, hazırda Vaşinqton və Ankara Tramp ilə Ərdoğan arasında planlaşdırılan görüş üçün mümkün variantların üzərində işləyirlər.

Bundan əvvəl “Milliyet” qəzeti Türkiyə prezidentinin may ayında ABŞ-yə işgüzar səfər etmək planları barədə məlumat yaymışdı. Ərdoğanın ABŞ səlahiyyətliləri ilə gömrük rüsumlarının tətbiqini müzakirə edəcəyi gözlənilir.

Tural


Sizin reklam burada
Sizin reklam burada