Əraqçi yenidən Pakistana GETDİ

Əraqçi yenidən Pakistana GETDİ
26 Apr 2026 18:25

İranın xarici işlər naziri Abbas Əraqçi Oman səfərini başa vuraraq Pakistana yola düşüb.

News365.az xəbər verir ki, bu barədə məlumatı "Tasnim" agentliyi yayıb.

Agentliyin verdiyi məlumata görə, iranlı nazir bir neçə dəqiqə əvvəl Masqat şəhərini tərk edərək İslamabada gedib.

Səfər çərçivəsində regional təhlükəsizlik və ikitərəfli əlaqələrin müzakirə olunacağı gözlənilir.

Xatırladaq ki, Əraqçi bundan əvvəl Masqatda bir sıra rəsmi görüşlər keçirib.


Sizin reklam burada
Sizin reklam burada