Əraqçi 3 ölkəyə səfər edəcək

Əraqçi 3 ölkəyə səfər edəcək
24 Apr 2026 17:46

İranın xarici işlər naziri Abbas Əraqçi Pakistan, Oman və Rusiyaya səfər edəcək.

News365.az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.

Qeyd olunur ki, səfər cümə günü axşam başlayacaq.

Səfərdə məqsəd ikitərəfli məsləhətləşmələrin aparılması, cari regional proseslərin, eləcə də Yaxın Şərqdəki münaqişə və ABŞ ilə İsrailin İrana qarşı əməliyyatı ilə bağlı son vəziyyətin müzakirəsindən ibarətdir.


Sizin reklam burada
Sizin reklam burada