Ermənistanda baş tutan parlament seçkilərinin ilkin nəticələri rəsmi Moskvada diqqətlə izlənilir. Rusiya rəhbərliyi hazırda səsvermənin rəsmi yekunlarının açıqlanmasını gözləyir.
News365.azxəbər verir ki, Kremlin mətbuat katibi Dmitri Peskov seçki prosesi barədə danışarkən bəzi məqamlara toxunub. O bildirib ki, Rusiya tərəfi Ermənistandakı seçki prosesini və bununla bağlı yayılan bütün məlumatları, xüsusən də səsvermə zamanı qeydə alınan çoxsaylı qanun pozuntuları ilə bağlı iddiaları diqqətlə araşdırır və qeydə alır.
Moskva rəsmisi yekun rəyin yalnız rəsmi nəticələr tam elan olunduqdan sonra veriləcəyini vurğulayıb.