Evin damından yıxılan usta faciəvi şəkildə öldü

Evin damından yıxılan usta faciəvi şəkildə öldü
17:30

Şirvanda bədbəxt hadisə nəticəsində bir nəfər ölüb.

News365.az-ın məlumatına görə, hadisə şəhər ərazisində yerləşən fərdi yaşayış evlərindən birində qeydə alınıb.

Belə ki, evin dam örtüyündə təmir işləri aparan şəhər sakini, 1998-ci il təvəllüdlü Rəvan Rəsulov hündürlükdən yıxılaraq ağır xəsarətlər alıb. Yaralı təcili tibbi yardım vasitəsilə xəstəxanaya aparılsa da, yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada